Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Suriya rejimi kimyəvi silahdan istifadə etməyəcəyini vəd edir


Suriya hökuməti “heç vaxt və heç bir şərt altında öz xalqına qarşı kimyəvi silahdan istifadə etməyəcəyini” bildirir.

ABŞ Dövlət Katibi Hillary Clinton ötən cümə günü xəbərdarlıq edib ki, prezident Bashar al-Assad rejiminin kimyəvi silahlardan istifadəsi “qırmızı xətti” keçməsi və xaricdən ona qarşı müdaxilə üçün əsas ola bilər. Dövlət katibinin bu xəbərdarlığından sonra Suriyanın Xarici İşlər nazirliyi bazar ertəsi xüsusi bəyanatla çıxış edərək rejimin belə silahı öz xalqına qarşı istifadə etməyəcəyini təkrar edib.

“Nyu York Times” qəzeti bazar günü xəbər verib ki, Suriyada rejimin nəzarətində olan kimyəvi silah anbarlarında ciddi hərəkətlilik müşahidə edilir. Ekspertlər Yaxın Şərqdə kimyəvi silah anbarlarının böyük hissəsinin Suriya hökumətinin nəzarətində olduğunu bildirirlər.

Suriyada hökumət qüvvələri paytaxt Dəməşqin ətrafında müxalifət qüvvələrinin nəzarətində olan əraziləri döyüş təyyarələri və artilleriya ilə bombardman edir. Qeyri-rəsmi məlumatlara görə hökumət qüvvələri müxalifətin Dəməşq hava limanına gedən yolları kəsməsi və paytaxta daxil olmasının qarşısını almağa çalışırlar.

Bu ölkədə son 20 ayda rejim dəyişikliyi tələb edən müxalifətlə hökumət qüvvələri arasında qarşıdurma gedir. İnsan haqları fəalları indiyə qədər qarşıdurmada 40 mindən çox adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG