Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Ramiz Mehdiyev yeni təyinatları şərh edir - [Video]


Ramiz Mehdiyev Rusiyadakı Azərbaycan forumu haqda
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Ramiz Mehdiyev Rusiyadakı Azərbaycan forumu haqda

-

«Prezident Administrasiyasında işin həcminin artması ilə əlaqədar son təyinatlarla bağlı cənab Prezident tərəfindən qərarlar qəbul olundu. Administrasiya rəhbərinin müavinləri məsələsi həll olundu. Burada başqa bir fikir yoxdur. Sadəcə, söhbət işin çoxluğu və vəzifələrin artmasından gedir».

Bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dekabrın 3-də jurnalistlərə deyib. O, Prezident Administrasiyası rəhbərinin müavinləri təyin olunmuş prezident köməkçilərinin eyni zamanda öz vəzifələrində qaldıqlarını deyib.

ZİYALILAR FORUMU AZƏRBAYCAN ZİYALILARINI TƏMSİL ETMİR

Ramiz Mehdiyev Ziyalılar Forumunun işinə toxunaraq deyib ki, bu forum Azərbaycan ziyalılarını təmsil etmir:

«Sadəcə, 10-20 nəfər yığışıb, belə bir təşkilat yaradıb. Təşkilatçıların bu gününü, keçmişini təhlil etsəniz, görərsiniz ki, onların məqsədi nədən ibarətdir. Kimsə deputat seçilməyib, kimisinin biznesi baş tutmayıb, kimsənin bir marağı olub, onu təmin edə bilməyib, kimsə işdən qovulub... Bu tipli insanlar orada yığışıb, deyə bilərəm ki, əylənirlər».

PA rəhbəri Azərbaycanın gələcəyi üçün bu forumun heç bir əhəmiyyəti olmadığını vurğulayıb:

«Azərbaycanda ziyalılar yüz minlərlədir. Azərbaycan prezidentinin ölkənin gələcəyi ilə bağlı geniş planları var».

Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Forumun aparıcı üzvləri yazıçılar Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, şair Ramiz Rövşən, alimlər Rafiq Əliyev, Cəmil Həsənli, politoloq Eldar Namazov, keçmiş deputat Gültəkin Hacıbəylidir.
XS
SM
MD
LG