Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:25

Bakının mərkəzində sürüşmə sahəsi genişlənib


Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən «20-ci sahə»yə gedən avtomobil yolunun sağ tərəfində - «Bəyoğlu» restoranın qarşısındakı ərazidə dekabrın birində baş vermiş sürüşmə sahəsində qismən genişlənmə qeydə alınıb.

Bunu dekabrın 3-ü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib. Onun sözlərinə görə, sürüşmə ərazisi yan tərəflərə və sürüşmə sahəsinin üst tərəfinə doğru genişlənib.

B. Qaralov bildirib ki, hazırda sürüşmə sahəsində gərginlik davam edir.

«Hələ sürüşmə dayanmayıb, ərazidə stabillik yaranmayıb. Müşahidələr davam etdirilir. Fövqəladə Hallar Nazirliyi ilə birgə yaradılan qrupla birlikdə monitorinqlər aparılır və sürüşmənin dinamikası öyrənilir», ekspedisiya rəisi deyib.

O qeyd edib ki, Badamdardakı sürüşmə sahəsi yenidir. Bu ərazidə heç zaman sürüşmə olmayıb.
XS
SM
MD
LG