Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Mahmud Abbas: "Bəli,indi bizim dövlətimiz var"


 Mahmud Abbas
Mahmud Abbas
ABŞ-dan səfərdən dönən Fələstin prezidenti Mahmud Abbas bazar günü Ramallahda böyük sevinclə qarşılanıb.

Noyabrın 30-da BMT-nin Baş Assambleyasında Fələstinə BMT-də “müşahidəçi dövlət” statusu verilməsi ilə bağlı səsvermə keçirilib və əksəriyyət bunun lehinə səs verib.
Mahmud Abbas Ramallahda camaat qarşısında çıxış edərkən deyib: “Bəli, indi bizim dövlətimiz var”.

O qeyd edib ki, indi əsas gücünü rəqib Fələstin fraksiyaları olan “Fəth” və “Həmas” qrupu arasında barışığa həsr edəcək.
Hazırda Qəzzə bölməsinə “Həmas”, İordan çayının qərb sahilinə isə Mahmud Abbasın rəhbərlik etdiyi “Fəth” hərəkatı nəzarət edir.

İsrail hökuməti isə buna cavab olaraq bazar günü Fələstin üçün yığılmış 100 milyonluq verginin verilməməsi və Fələstin tərəfi ilə danışıqlara getməmək barədə qərar qəbul edib.
XS
SM
MD
LG