Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:49

Dünyanın ilk atom təyyarədaşıyan gəmisi istismardan çıxarılıb


Foto arxiv
Foto arxiv
Birləşmiş Ştatlarda dünyanın ilk atom təyyarədaşıyan gəmisi Enterprise istismardan çıxarılıb.

8 nüvə reaktoru ilə təhciz edilmiş bu gəmi 1961-ci ildə istismara verilmişdi.

Virciniya ştatındakı hərbi dəniz bazasında keçirilən vida mərasimində gəminin minlərlə keçmiş heyət üzvü, və gəmi tikən mütəxəssislər iştirak edib.

90-dək təyyarə və vertolyot, 3 min heyət üzvü üçün nəzərdə tutulmuş gəmi ABŞ-ın bütün iri əməliyyatlarında iştirak edib.

Bu gəmi 1962-ci il “raket böhranı” dövründə Kubanın Blokadasını təmin edib.

2001-ci ildə isə gəmidən əfqan taliblərin mövqeinə ilk zərbələrdən biri endirilib.

Hazırda ABŞ-ın hərbi-dəniz qüvvələrində 10 təyyarədaşıyan gəmi var.
Yeni “Gerald R. Ford” gəmisinin isə 2015-ci ildə istismara veriləcəyi gözlənilir.
XS
SM
MD
LG