Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 05:02

BMT: «Dünyada təxminən 21 milyon kölə var»


BMT baş katibi Ban Ki-moon
Bu gün Köləliyin Ləğvi Günüdür.

Bu günün məqsədi müasir köləlik formalarına diqqət çəkməkdir. Söhbət seksual köləlikdən, uşaq əməyindən, məcburi nikahdan, eləcə də silahlı münaqişələrdə uşaqlardan istifadə edilməsindən gedir.

BMT-nin məlumatına görə, indi dünyada təxminən 21 milyon insan kölə vəziyyətindədir. Onların yarıdan çoxu qadınlar və uşaqlardır.

BMT baş katibi Ban Ki-moon bəyanatında deyib ki, hər gün dünyanın hər bölgəsində qadınları seksual istismar məqsədilə satır və ya qapalı müəssisələrdə saxlayırlar. Balaca qızlar məcburən ərə verilir, seksual zorakılıqla üzləşir, ağır ev işlərində çalışırlar. Ban Ki-moon daha sonra, uşaqların şaxtalarda işləməsindən, onlardan partladıcı qurğuların yerləşdirilməsinə istifadə edilməsində və zəhərlənməyə məruz qalmalarından danışıb. “Bir başqaları isə oğurlanır, öldürməyə və işgəncələrə vadar edən əsgərə çevrilir” deyə BMT baş katibi bildirib

Günün bütün mövzuları

XS
SM
MD
LG