Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:28

Misirin Ali Məhkəməsi təsis yığıncağının müzakirəsini təxirə salıb


Misirin Ali Məhkəməsi yeni konstitusiya layihəsini hazırlamış təsis yığıncağının qanuni olub-olmaması ilə bağlı iclası təxirə salıb.

Məhkəmənin mətbuat katibi bunun administrativ səbəblərlə bağlı olduğunu deyir.
İclasın nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.

Təsis yığıncağının bu günlərdə yeni konstitusiya layihəsini təsdiqləməsi ölkədə gərginliyi daha da artırıb.

Müxalifət buna etiraz olaraq ölkədə kütləvi nümayişlər keçirib.

Öz növbəsində prezident Mohammad Morsinin təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatı dünən paytaxt Qahirə və digər şəhərlərdə çoxminlik nümayiş keçirib.

Müxalifət prezident Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda günahlandırır.

Həmçinin Amnesty İnternational təşkilatı yeni konstitusiya layihəsini tənqid edib.

Qeyd edək ki, yeni prezident Mohammad Morsi bu günlərdə fərman verərək səlahiyyətlərini də genişləndirib.
Amma o bunun müvəqqəti olduğunu, yeni konstitusiya qəbul edildikdən sonra ləğv ediləcəyini deyir.
XS
SM
MD
LG