Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 13:38
-

Xidməti silahını götürərək hərbi hissəni tərk etmiş Azərbaycan Ordusunun əsgəri saxlanılıb. Məlumatı APA yayıb. Məlumatda deyilir ki, əsgər Məhəmmədəli Abdulov Müdafiə Nazirliyinin Ağdam rayonundakı hərbi hissəsini özbaşına tərk edib.

Bir qədər sonra onu polis və hərbiçilərdən ibarət operativ əməliyyat qrupu Ağcabədi rayonun Arazbarı kəndi istiqamətində saxlayıb.

Əsgərin 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək hərbi hissəni tərk etdiyi bildirilir. Onun bu hərəkətinin səbəbi haqda məlumat verilmir.

Məhəmmədəli Abdulov Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG