Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

«Bizimkilər meyxanaya daha çox üstünlük verirlər, nəinki repə»


-
Fərid
Fərid
​Rep onların həyat tərzi, onların özlərini ifadə vasitəsidir. Üç gənc reper - Tibu, TefoShacky və rep dinləyicisi Fəriddir bu dəfə «Flashmob»un qonaqları.

«Facebook»da «Rapin Azərbaycan» səhifəsinin yaradıcısı olan Fərid də əvvəlcə rep desə də, sonra dinləyici olmağı daha üstün tutub. İndi daha çox rep müsabiqələri təşkil etmək, gənclərin işini digər rep dinləyicilərinə çatdırmaqla məşğuldur. Repi gizlənmiş həqiqətləri üzə çıxardan musiqi olduğu üçün sevir.

Tibu isə əvvəlcə razılaşmadıqlarına etiraz etmək üçün rep yazıb:

«5-6 il əvvəl başladım yazmağa, valideynlərim heç bilmirdilər nə yazıram, elə bilirdilər hazırlığa gedirəm. Məlum olurdu ki, studiyaya getmişəm. Əvvəl etiraz repi yazdım. Amma daha sonra bu, təkcə etiraz repləri olmur, sevgidən də yaza bilərsən. Ümumiyyətlə, əhvala uyğun rep yazıram. Sevgilindən ayrılmısansa, heç vaxt «Kef elə, kef elə» yaza bilmərsən».

Bu il birincisi keçirilən «Rapstar» yarışmasının qalibi olmuş Shacky deyir ki, ilk dəfə məzun günündə rep yazıb. Sonra isə uğurlu alındığı üçün davam edib. Tefo da onun kimi-uğurunun dalınca getməyi üstün tutub və repə yönəlib.

Fərid deyir ki, «Türkrep» Azərbaycanda çox şişirdilsə də, «Azrep»in səviyyəsi aşağı deyil. İstedadlı gənclər var, sadəcə bunun üçün onları su üzünə çıxarmaq
Tibu
Tibu
lazımdır:

«Su üzünə çıxmaq üçün reperlərə televiziya lazımdır, geniş əhatəyə çıxmaq lazımdır. İşləmək lazımdır, reperlər boş sətirlər yox, mənalı sətirlər yazmalıdırlar. Rep dinləyiciləri də başa düşməlidirlər ki, musiqini eşidib bəyənmək bəs etmir. Bu adam konsert verirsə, ora pul xərcləyir, əziyyət çəkir, onun yanında olmaq lazımdır».

Tibu daha təcrübəli reperləri dinləyib nümunə götürdüklərini desə də, təəssüflənir ki, onların daha öncə yaratdığı imicə görə indi rep ciddiyə alınmır. Hansısa reperlər televiziyalarda söyüş söyüb qovulublar deyə, indi televiziyaların rəhbərliyi rep üçün verilişlərin yaradılmasında maraqlı deyil:

«Ümumiyyətlə, bizimkilər meyxanaya daha çox üstünlük verirlər, nəinki repə».

Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG