Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Mətbuat icmalı: «Ramiz Mehdiyev nəzarətə götürüldü»


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
-
SƏFİRLİK DAXMADAN «SOCAR»A KÖÇÜR

Azərbaycanın ABŞ-dakı səfirliyi Dövlət Neft Şirkətinin (SOCAR) Vaşinqtonda aldığı 12 milyonluq ofisə köçəcək.

«Ayna» qəzeti şirkət prezidenti Rövnəq Abdullayevin BBC-yə müsahibəsindəki bu məqama diqqət çəkir. Rövnəq Abdullayev səfirliyin indiki ofisini daxmaya bənzədib:

«Biz hazırda səfirliyimizin bir daxmada yerləşməsini yanlış hesab edirik»

4 AYLIQ MAAŞINI ALMAYAN GƏNCƏ FUTBOLÇULARI

«Futbol+» qəzeti Gəncə futbolunda maliyyə böhranının olmasından yazır. Qəzetə görə, «Kəpəz» və «Tərəqqi»nin üzvləri aylardır maaşa həsrətdir. «Kəpəz» oyunçuları 3 ayın, «Tərəqqi»nin oyunçuları isə 4 ayın maaşını ala bilmir.

«AXCP AXTARIŞA ÇIXIB»

«Yeni Azərbaycan» qəzeti İctimai Palatada AXCP-Müsavat qarşıdurmasından yazır:

«AXCP İctimai Palata daxilində Müsavatı «oyundankənar» vəziyyətə salmaq üçün yeni «mexanizm» axtarışına çıxıb».

PREZİDENTİN İCRA APARATINDA YENİ TƏYİNATLAR

«Azadlıq» qəzeti Prezident Administrasiyasındakı dəyişikliyi Ramiz Mehdiyevin nəzarətə götürülməsi kimi dəyərləndirir.
Ramiz Mehdiyev
Ramiz Mehdiyev
Qəzet Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəhbəri Məhərrəm Əliyevin də Prezident Administrasiyasına gətirilməsini təsadüfü saymır:

«O, Ramiz Mehdiyevin komandasının üzvü - Daxili İşlər naziri Ramil Usubovun əzəli rəqibidir. İlham Əliyevin yenidən ona etimad göstərməsi daxili işlər naziri üçün sarsıdıcı zərbə sayıla bilər».

YENİ MÜTTƏFİQ AXTARIŞINDA

«Yeni Müsavat» qəzeti yazır ki, «AB və Rusiya ilə «soyuq müharibə» şəraitində olan» Azərbaycan iqtidarı yeni müttəfiq axtarışındadır:

«Azərbaycan az qala hamı ilə düşmənə çevrilib. Rusiya, ABŞ, Avropa Birliyi, İran və digər bütün güclü, maraqlı tərəflər rəsmi Bakıya təzyiqlərini artırılar. Azərbaycanın hətta Türkmənistanla da problemləri mövcuddur. Gürcüstanın yeni hökuməti də rəsmi Bakıya barmaq sirkələyir».

Qəzetə görə, sanki kimlərsə qəsdən rəsmi Bakının münasibətlərini hamı ilə korlamaq xəttini seçib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG