Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:15

Azərbaycan ordusuna Yardım Fonduna 43.5 milyon dollar vəsait toplanıb


-
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait son bir ayda 1 366 785 manat artıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Dekabrın 1-i vəziyyətinə Fondun manat hesabında 33 899 292 manat, 202 791 ABŞ dolları və 593 avro vəsait olub. Fondun ABŞ dolları və avro hesabındakı vəsaitin həcmində dəyişiklik olmayıb.

Ümumilikdə Fondun vəsaitləri 43 403 882 ABŞ dolları təşkil edib.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait hesabına formalaşır.
XS
SM
MD
LG