Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:51

Azərbaycanda AIDS xəstələrinin statistikası açıqlanıb


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda ilk dəfə HIV (İnsan İmmunçatışmazlıq Virusu) infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2012-ci ilin dekabrına qədər 3720 nəfərdə HIV infeksiyasının olduğu təsdiqlənib.

Bunu Respublika AIDS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr - Ümumdünya AIDS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Həmin şəxslərin 3593-ü Azərbaycan vətəndaşı, 127 nəfəri əcnəbidir. HIV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 2879-u kişi, 714-ü qadındır. AIDS mərhələsində olanların sayı 1098 nəfərdir. Onlardan 1082-si Azərbaycan vətəndaşıdır. HIV infeksiyasından 518 nəfər vəfat edib. Onlardan 510 nəfəri Azərbaycan vətəndaşı olub.

E. Alməmmədova deyib ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 453 yeni HIV-ə yoluxma halı aşkarlanıb. Onlardan 439-u Azərbaycan vətəndaşı, 14 nəfəri əcnəbidir. /apa/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG