Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Deputatlar Nigar Yaqublu üçün müraciət etdilər


-
Beş deputat müsavatçı fəal Nigar Yaqublu ilə əlaqədar Abşeron rayon Məhkəməsinə müraciət edib. Onlar Nigar Yaqublu haqqında seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini və ev dustaqlığına buraxılmasını xahiş ediblər.

Deputatlar işi məhkəmədə olan gənc fəala zamin durduqlarını da bildiriblər.

Bu haqda AzadlıqRadiosuna Nigar Yaqublunun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu deyib.

Müraciəti imzalayan deputatlar Aqil Abbas, Fəzail Ağamalı, Azay Quliyev, Flora Qasımova və Asim Mollazadədir.

Nigar Yaqublu Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinidir. Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə haqqında həbs-qətimkan tədbiri seçilib.
Avtomobil qəzası avqustun 25-də baş verib. Aydın Acalovun maşını «KAMAZ» markalı avtomobillə toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq qəzanın Nigar Yaqublunun təqsiri üzündən baş verdiyini bildirir.

Nigar Yaqublunun işi ilə bağlı məhkəmə dekabrın 5-də davam edəcək. Vəkillərin onun ev dustaqlığına buraxılması haqda vəsatətinə də bu zaman baxılmalıdır.
XS
SM
MD
LG