-
Noyabrın 30-da bir qədər əvvəl Ermənistan hərbçiləri tərəfindən girov götürülən Telman Alıyev Azərbaycana geri qaytarılıb.
Bu haqda məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb. Təhvil-təslim Qazax rayonu Bala Cəfərli kəndində, qoşunların təmas xəttində gerçəkləşib.
Məlumatda o da deyilir ki, Telman Alıyev azad olunduqdan sonra dövlət qurumlarının iştirakı ilə qohumlarına təhvil verilib: «Onun sağlamlıq durumu normaldır».
Komissiyanın saytında yerləşdirilən məlumatda deyilir ki, girovun geri qaytarılması dövlət qurumunun beynəlxalq təşkilatlarla apardığı «səmərəli danışıqlar nəticəsində» mümkün olub.
Dövlət Komissiyası bildirir ki, Ermənistan tərəf əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxıb.
«Bir gün öncə tədbir barədə açıqlama verib və proses günü jurnalistlərin iştirakına şərait yaradıb, görüş yerinə silahlı hərbçilərlə gəliblər. Dövlət Komissiyası yerindəcə buna iradını bildirib. Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistan tərəfi bu addımdan çəkindirməyə səy göstərib, amma buna nail ola bilməyib», - deyə məlumatda qeyd olunur.