Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:16

Dəməşq aeroportu işləmir, ölkədə hələ də internet yoxdur


Suriyanın paytaxtı Dəməşqdə üsyançılarla hökumət qüvvələri arasındakı münaqişələr ucbatından Dəməşq aeroportu uçuşları qəbul edə bilmir. Bütün ölkədə internet və telefon əlaqəsi hələ də yoxdur.

Azad Suriya Ordusu uzun müddətdir aeroportu ələ keçirməyin əsas məqsədlərindən olduğunu bildirir.

Şahidlər terminallarda və otellərdə adamların qaldığını bildirsə də, aeroportda üsyançıların olmadığını deyirlər.

Dövlət televiziyası isə Duma və Deraa şəhərlərində terrorçularla qarşıdurmalar olduğunu bildirib.

İranın Press TV kanalı Dəməşqdəki bürolarının qarşısında dayanmış maşınlarının partlayışa məruz qaldığını bildirib.

İran prezident Bashar Assadin ən yaxın müttəfiqidir.
XS
SM
MD
LG