Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:28

«Ən böyük büdcə» təsdiq olundu


Milli Məclis
-

Milli Məclis 2013-cü ilin dövlət büdcəsini təsdiq edib. Parlamentin bununla bağlı iclası çox qısa - təxminən 15 dəqiqə çəkib. Deputatlardan 104-ü büdcənin lehinə, 4-ü əleyhinə səs verib.

Deputatlar qarşısında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsi Komitələrdə və plenar iclasda müzakirə edilib. Bundan sonra verilən bəzi təkliflər də büdcə layihəsində nəzərə alınıb və ora bəzi dəyişikliklər edilib.

Bu dəyişikliklər nəticəsində dövlət büdcəsinin gəlir və xərclər hissəsi dəyişib. Belə ki, büdcə gəlirləri 5 mln. manat artırılaraq, 19,159 mlrd. manata, xərcləri isə 40 mln. manat artırılaraq 19,850 mlrd. manata qaldırılıb. Büdcə kəsiri isə 35 mln. manat artırılaraq 690 mln. manat olub.

Milli Məclisin sədri Oqtay Əsədov 2013-cü ilin dövlət büdcəsini «ən böyük büdcə» adlandırıb. Spikerin sözlərinə görə, büdcədə sosial xərclər üçün xeyli vəsait ayrılıb. O, deyib ki, növbəti ilin mayında da dövlət büdcəsi yenidən müzakirə ediləcək və bu zaman da əlavələrin edilməsi gözlənir.
XS
SM
MD
LG