İraqın əhalisi əsasən şiələr olan Hilla və Kərbala şəhərlərində partlayışlar olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, azı 31 adam ölüb. Çoxlu yaralılar var. Polis ölənlərin arasında qadın və uşaqların da olduğunu bildirib.
Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.
Hər il Məhərrəm ayında çoxlu sayda adam Kərbəlanı ziyarət edir.
Keçən ay Bağdad ətrafında şiələrin yaşadığı Sədr bölgəsində də iki partlayış olmuşdu. Ramazan bayramından əvvəl - avqust ayında törədilən partlayışlarda 90 nəfər ölmüşdü.