Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 20:44

Gənc Tamaşaçılar Teatrına bomba qoyulması barədə məlumat yalan çıxıb


Bakıda Gənc Tamaşaçılar Teatrının binasına bomba qoyulması barədə məlumat yalan çıxıb.

Naməlum şəxs bu gün saat 15.45 radələrində polisə zəng edərək teatrın binasına bomba qoyulması barədə məlumat verib.

Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin qüvvələri dərhal əməliyyata cəlb olunub, teatrda olan adamlar evakuasiya olunub.

Axtarış zamanı binada partlayıcı aşkar edilməyib.
Polis yalan məlumat verən şəxsi axtarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG