Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

«Planın bir illikdirsə buğda ək, yüz illikdirsə...»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 18 sentyabr 2012. sayı: 176 (20.581)


NAXÇIVAN PROKURORLUĞU PROKURORLUĞA İŞƏ QƏBULLA ƏLAQƏDAR MÜSABİQƏ ELAN EDİR

Naxçıvan Muxtar Respublikası Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu orqanlarında işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 9 ştat vahidi üzrə müsabiqə elan edir.

Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən Naxçıvan Muxtar Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna müraciət edə bilər.

...Müsabiqənin test imtahanının yekunlarına görə, 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunlarının siyahısı və digər məlumatlar barədə əlavə məlumat veriləcək.

TƏHSİLƏ QAYĞI BƏHRƏSİNİ VERİR

..Ona görə də təsadüfən deyilməyib ki, planın bir illikdirsə, buğda ək, on illikdirsə, ağac ək, yüz illikdirsə, məktəb tik. Bəli, Şurud kənd orta məktəbində yaradılan şərait öz bəhrəsini verdi. 2008 – 2009-cu tədris ilində məktəbi bitirən 3 məzundan bir nəfəri, 2009 – 2010-cu tədris ilində 4 məzundan 2 nəfəri ali məktəbə qəbul olunub. Bu uğurdan ruhlana məktəb kollektivi əzmlə çalışaraq 2010 – 2011-ci tədris ilində uğuruna daha bir uğur qatır. Həmin il məktəbi bitirən 4 məzun ali məktəbə qəbul olunur. 2011 – 2012-ci tədris ili ərzində məktəbdə bütün fənlər üzrə təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə «açıq dərs»lər təşkil olunur, «dəyirmi masa»lar keçirilir. Tədrisin keyfiyyətinin artırılması istiqamətində müntəzəm olaraq görülmüş işlər öz bəhrəsini verib. Builki qəbul imtahanlarında məktəbi bitirən 8 məzun tələbə adını qazanıb. Həmin məzunlardan Fədai Nuriyev 560 bal toplayıb. 2012 – 2013-cü tədris ilində məktəbi 5 nəfər bitirəcək. Onların ikisi sınaq imtahanlarında 500-dən yuxarı bal toplayır. Məktəbin direktoru İlham Şəkərəliyev deyir ki, həmin şagirdlərin 5-nin də tələbə adını qazanmasına şübhə yoxdur.

...Valideyn Güldanə Hacıyevanın dedikləri maraqlı oldu:

- Oğlum bu il məktəbi bitirdi və məktəbə qəbul olundu. Qızım isə 10-cu sinfə keçdi. O da sınaq imtahanlarında yüksək bal toplayır. Bu il Bakıda yaşayan nəvəmi bura gətirmişik. O da burada birinci sinfə gedəcək. Çünki, burada artıq təhsilin səviyyəsi yüksəlib. Biz çox sevinirik ki, övladlarımız savadlı gənclər kimi yetişəcək.
XS
SM
MD
LG