Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:59

Həmməruzəçilər Azərbaycanda cinayət məcəlləsinə edilmiş dəyişikliklərdən narahatdır


Pedro Agramunt və Joseph Debono Grech
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grech Azərbaycanda Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərdən narahatlıq bildiriblər.

Bu barədə həmməruzəçilərin qurumun rəsmi saytına verdikləri açıqlamada bildirilir.

Onlar razılaşdırılmamış aksiyalara görə cərimələrin artırılmasının sərbəst toplaşma və fikir azadlığına zidd olduğunu deyirlər.

Həmməruzəçilər həmçinin Azərbaycanda hüquq müdafiəçiləri, fəallar və jurnalistlərin həbsindən narahatlıq bildirir, Azərbaycan hakimiyyətini onları azad etməyə çağırırlar.

Onların hazırlayacağı hesabat gələn ilin yanvarında Parlament Assambleyasının qış sessiyasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, həmməruzəçilər bu günlərdə Azərbaycanda səfərdə olub, ölkə rəsmiləri, partiya liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər.
XS
SM
MD
LG