Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 04:29

İraqda törədilmiş partlayışlarda 40-a yaxın adam ölüb

İraqda törədilmiş partlayışlarda təxminən 40 adam ölüb.
Hədəflərin çoxu şiə müsəlmanları olub.

Təkcə Hillə şəhərində törədilmiş 2 partlayışda azı 27 nəfər ölüb,90-a yaxın adam isə yaralanıb.
Kərbala şəhərində törədilmiş partlayışda isə azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Həmçinin əl-Fəllucə, Mosul və Bağdadda partlayışlar törədilib.
İraqda vaxtaşırı şiə müsəlmanlarına qarşı bu cür hücumlar törədilir.
This item is part of
XS
SM
MD
LG