Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Ermənistan girov götürdüyü Qazax sakinini qaytarır


-
Ermənistanın girov götürdüyü Azərbaycan vətəndaşı Telman Əliyevin noyabrın 30-da, Bakı vaxtilə saat 12-də geri qaytarılması gözlənilir.

Bu haqda APA-ya Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumata görə, artıq komissiyanın əməkdaşları danışıqlar üçün Qazaxa yollanıblar. Tərəflər noyabrın 30-da Ermənistan rəsmiləri ilə danışıqlar aparacaqlar. Girovun Azərbaycanın Qazax rayonu istiqamətində qaytarılması nəzərdə tutulur.

Ermənistan Müdafiə Nazirliyi də girovun həmin tarixdə Azərbaycana verilməsi haqda məlumat yayıb.

Qazax rayonu Alpout kənd sakini Telman Əliyev noyabrın 12-də girov götürülüb. Ermənistan Müdafiə Nazirliyi onun səhər 07:45-də Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib.
XS
SM
MD
LG