Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

BMT-də Fələstinin statusu səsə qoyulacaq


Bu gün BMT-nin Baş Assambleyası Fələstinin statusu ilə bağlı səs verəcək. Fələstin Muxtariyyəti BMT-nin üzv olmayan müşahidəçi dövlət statusu almaq istəyir. Fələstin indiyədək qurumda müşahidəçi dövlət kimi təmsil olunur.

Fələstin bu statusu ilə beynəlxalq əlaqələrini gücləndirmək istəyir.

Bir çox inkişaf etmiş ölkələr bu statusu dəstəkləyir, hətta Çin və Rusiyanın da bu qərar layihəsini dəstəkləyəcəyi gözlənir.

İsrail və ABŞ bu təklifin əleyhinədir.
XS
SM
MD
LG