Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:20

Qərb bölgəsində 6,5 ton yararsız ərzaq məhsulları aşkar edilib


Monitorinqlər İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilib.

Monitorinqlər zamanı mənşəyi məlum olmayan, saxlanma müddəti ötmüş, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq və qeyri ərzaq məhsullarının satılması müəyyənləşib.

Məlumata görə, 197 belə ticarət obyekti aşkarlanıb və həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

İnzibati xətaya yol verən sahibkarlar ümumilikdə 215 min 900 manat cərimə olunub. Bu məbləğin 103 min 736 manatının dövlət büdcəsinə ödənilib, qalan cərimələrin ödənilməsi üçün tərtib edilmiş sənədlər aidiyyəti məhkəmələrə göndərilib.
XS
SM
MD
LG