Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:21

Gədəbəydə 110 hektar meşə ərazisində yeni yaşıllıqlar salınır


Bərpa işləri rayonun 4 meşə ərazisində - Qalakənd, Saratovka, Qızılca və Şınıx zolaqlarında reallaşır.

Bu barədə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbəri Rakif Həsənov məlumat verib. Bildirib ki, hazırda 110 hektar ərazidə yeni ağaclar, əsasən fıstıq, qoz və ardıc tingləri salınır.

Həmçinin bu ilin əvvəlki ting mövsümündə 160 hektar ərazidə salınmış ağacların yetişməsi prosesinə nəzarət edilir. Yeni əkilmiş ağacları mal-qaradan qorumaq üçün həmin ərazilər hasarlanır.

Rakif Həsənov deyir ki, salınan tinglər rayondakı stansiyada yetişdirilir.

Hazırda rayonun ərazisinin 30250 (otuz min iki yüz əlli) hektarını meşələr təşkil edir.
19-cu əsrin sonunda Azərbaycan ərazisinin təxminən 35 faizi meşə örtüyü idisə, hazırda bu rəqəm cəmi 12 faiz təşkil edir.
XS
SM
MD
LG