Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:34

Obama Ağ evdə Romneyi qəbul edəcək


 Barack Obama və Mitt Romney
Barack Obama və Mitt Romney
ABŞ prezidenti Barack Obama cümə axşamı Ağ evdə prezident seçkisində rəqibi olmuş respublikaçı Mitt Romneyi qəbul edəcək.

Obama prezident seçildikdən sonra Nümayəndələr palatasında çoxluq təşkil edən respublikaçılarla müntəzəm məsləhətləşəcəyini vəd etmişdi.

Görüşdə əsasən yeni ildə Birləşmiş Ştatları gözləyən fiksal problemin aradan qaldırılması yolları, bu məsələdə komramisə getmək müzakirə olunacaq.

Obama orta təbəqə üçün vergi üstünlüklərinin saxlanılmasını, respublikaçılar isə bunun varlılara da şamil edilməsini təkid edirlər.

Prezident ümid edir ki, milad bayramınadək bu məsələdə kompramis əldə olunacaq.
XS
SM
MD
LG