Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:51

Bu gün Suriyada 80-dən çox adam ölüb


Dəməşq ətrafında törədilmiş 2 partlayışda 50-dən çox adam ölüb, 120-dən çox adam isə yaralanıb.

Bu barədə Suriya insan haqları bürosu xəbər verir.

Partlayışlar prezident Bashar Assada sadiq olan Caramana qəsəbəsində törədilib.
Bu məhəllədə əsasən xristianlar yaşayır.
Son 3 ayda bu ərazidə 4 partlayış törədilib.

Bu gün ölkənin müxtəlif regionlarında gedən döyüşlərdə isə 30-dan çox adam ölüb.

Üsyançılar 1 hərbi təyyarə və vertolyotun vurulduğunu deyirlər.
Təyyarənin pilotlarından birinin ələ keçirildiyi xəbər verilir.
XS
SM
MD
LG