Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:28

Misir məhkəmələri prezident Mohammad Morsini ittiham edib


Misirin Konstitusiya məhkəməsi prezident Mohammad Morsini məhkəməni nüfuzdan salmaqda ittiham edib.

Bu bəyanat ölkədə gərginliyi daha da artırıb.

Həmçinin Misirin Kasassiya və Apellyasiya məhkəmələri prezidenti ittiham edib və onların səlahiyyətlərini məhdudlaşdıran qərar ləğv edilməyincə fəaliyyət göstərməyəcəklərini bəyan ediblər.

Prezident Morsinin bu günlərdə qəbul etdiyi qərara görə məhkəmələr prezidentin qərarları və hazırda konstitusiya üzərində işləyən təsis yığıncağına nəzarət və ya təsir edə bilməz.

Prezidentin qərarı həmçinin ölkədə kütləvi etirazlara səbəb olub.
XS
SM
MD
LG