Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Twitter-də nəsr festivalı başlandı


Twitter loqosu
Twitter loqosu
-

Noyabrın 28-də Twitter sosial şəbəkəsində nəsr festivalı başlanıb.

5 gün davam edəcək festivalda məqsəd yeni qısa nəsr formaları tapmaq, yazar və oxucu arasında yeni ünsiyyət üsulları ilə bağlı ideyalara meydan verməkdir.

Sosial şəbəkələr getdikcə daha çox yazarın həyatının bir hissəsinə çevrilir.

Kimin üçünsə bu, nəşriyyat və dükan baryerini keçib öz hekayələrini birbaşa oxucularla paylaşmaq imkanıdır.

Twittet-də şeirlərini yazdıqca misra-misra paylaşanlar da var, qısa hekayələrini abzas-abzas post edən də, yazdıqlarına oxucuların əlavələr etməsinə imkan yaradanlar da.

Bəzi ədəbiyyatşünaslar “Tweeting”i yeni dövrün ədəbi fəaliyyət növü kimi qəbul edirlər və bu istiqamətdə inkişafa qucaq açmağa çağırırlar.

Twittet Nəsr Festivalı ədəbiyyatla maraqlanan hər kəsin yeni nəsr formalarının tapılması üçün ideyalar verməsinə imkan yaradır.

Qəbul edilən ideyalar arasından ən yaxşılarını tanınmış yazıçılardan ibarət münsiflər seçəcək.

“Guardian”a istinadla oxuzalı.az
XS
SM
MD
LG