Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:12

"Sağlamlıq ayı" keçirilir


Səhiyyə Nazirliyi 2012-ci ilin dekabr ayını «Sağlam həyat uğrunda» devizi altında profilaktik tədbirlər ayı elan edir.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.

Dekabrın 1-dən 31-dək davam edəcək sağlamlıq ayı bütövlükdə ölkə ərazisini əhatə edəcək.

Sağlamlıq ayının əsas məqsədi insanları mütəmadi müayinədən keçməyə alışdırmaqdır.

Sağlamlıq ayı ölkənin bütün regionlarını əhatə edəcək.

Müayinə olunmaq istəyənlər Bakıda müalicə-profilaktika müəssisələrinə, xüsusilə də ambulator müəssisələrə, poliklinikalara, regionlarda isə mərkəzi xəstəxanaların poliklinika şöbələrinə müraciət etməlidirlər. Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə olunmasına nəzarət edəcək.
XS
SM
MD
LG