Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Polisdəki İctimai Şuralara indiyə 3810 nəfər üzv qəbul edilib.


İctimai Şuraların formalaşdırılması işi yekunlaşıb və bu günədək 3810 vətəndaş Şuralara üzv qəbul edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bunu noyabrın 27-də nazirlikdə keçirilən kollegiya iclasında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov səsləndirib.

O, Şura üzvlüyünə qəbul edilənlərdən 192 nəfərinin təqaüddə olan polis əməkdaşları olduğunu deyib.

İdarə rəisi 2007-ci ildən indiyə qədər Azərbaycanda tikilən və tikilməkdə olan polis sahə məntəqələrinin statistikasını da açıqlayıb. O, son 5 ildə 72 polis sahə məntəqəsini tikildiyini, 33 məntəqənin də tikilməkdə olduğunu bildirib.

O, 2012-ci ildə açılan 13 mindən çox cinayətin 70 faizinin, eləcə də axtarışda olan təqsirləndirilən şəxslərdən 52,6 faizinin tutulmasında polis sahə rəisləri və polis sahə inspektorlarının iştirakı olduğunu deyib.

Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi Emil Usubov ötən 9 ayda polis orqanlarına daxil olan 70 mindən çox cinayət xarakterli məlumat araşdırıldığını deyib. O, 2011-ci ilin analoji dövrü ilə müqayisədə icraatda olan materialların sayının 30 faizədək, nazirliyə ünvanlanan şikayətlərin sayının da 4 dəfə azaldığını deyib.
XS
SM
MD
LG