Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Dekabr, şənbə, Bakı vaxtı 18:45

Azərbaycan Ordusunun əsgəri minaya düşüb


Azərbaycan Ordusu əsgərinin minaya düşdüyü bildirilir.

APA-nın məlumatına görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Ağdam istiqamətində qeydə alınıb. Əsgər, 19 yaşlı Məmmədəli Tərlan oğlu Allahverdiyev minaya düşərək ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin minaya düşməsi faktını təsdiqləyib.

M. Allahverdiyev Şabran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG