Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:32

Sabirabadda yanacaq daşıyan maşın aşıb


Sabirabad rayonunda yanacaq daşıyan maşın aşıb.

Bu barədə APA-ya Sabirabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə noyabrın 28-i səhər 09.30 radələrində rayonda fəaliyyət göstərən Sosial İqtisadi Kollecin qarşısında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər cəlb edilib. Ərazidəki insanlar evakuasiya olunub və hazırda təhlükəsizlik tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG