Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:32

Bu müğənninin üzünü görməsəz də, yaxşı tanıyırsız!


Asha Bhosle
Asha Bhosle
-

İgidin səsini eşit, amma mütləq üzünü də gör...

Onilliklər boyunca Azərbaycanda bir neçə nəsil onun mahnılarını dinləyə-dinləyə böyüyüb...

Bu səs onların həyatının bir parçasına çevrilib.

Çoxu səs sahibini tanımaya-tanımaya...

Hind müğənnisi Asha Bhosle 1933-cü ildə doğulub, 10 yaşından oxumağa başlayıb.

Repertuarı çox geniş olsa da, onun səsi dünyaya daha çox hind filmləri ilə yayılıb.

Hema Malini, Zinat Aman və onlarla başqa tanınmış hind aktrisaları filmlərdə "onun səsi ilə" ilə oxuyublar.

Yüzlərlə filmdə!!!

Asha Bhosle uzun karyerası ərzində 1200-dən çox mahnı yazdırıb, bu göstəriciyə görə Ginnesin Rekord Kitabına da düşüb.

O hind dilindən başqa 20 dildə mahnı oxuyub.

Onun bacısı Lata Mangeshkar da hind filmlərində mahnı oxumaqla tanınır. Uşaqlıda ayrılmaz olan bacılar sonra rəqibə də çevriliblər...

Onlar sənətçi ailəsində doğulublar. Atalarını erkən itiriblər və iki bacı uşaqlıqdan mahnı oxumaqla ailələrinə kömək etməyə başlayıblar.

3 uşaq və 5 nəvə sahibi olan Asha həm də uğurlu biznes ledidir, Dubayda, Küveytdə öz adını daşıyan restoranlar şəbəkəsi var. Biş-düş həm də onun hobbisidir.

Bir çox mükafatlara. o cümlədən Hindistan hökumətinin mükafatlarına layiq görülüb.

Hind filmlərindəki ifasına görə 18 dəfə mükafatlandırılıb (Filmfare Best Female Playback Award)

MTV-nin, BBC-nin mükafatlarına da layiq görülüb. BBC-nin mükafatını ona o zamankı baş nazir Toni Bleyr təqdim edib.

Asha-nın oxuduğu məşhur filmlər:

"Abdulla"



"Əlibaba və qırx quldur"



"Samraat"

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG