Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 02:14

E.Məmmədyarov: "Həmsədrlərin Ermənistana son səfərləri pozitiv tonda danışmağa əsas vermir”


Elmar Məmmədyarov
“Həmsədrlər münaqişənin həlli prosesini ölü nöqtədən tərpətməyə çalışırlar.
Amma təəssüf ki, Ermənistana son səfərlərin nəticələri pozitiv tonda danışmağa əsas vermir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərin bölgəyə son səfərinə münasibət bildirərkən deyib.

O bildirib ki, Status-kvo vəziyyəti dəyişməlidir və münaqişənin həll olunmaması hadisələri arzuolunmaz səmtə yönəldə bilər.

Elmar Məmmədyarov deyib ki, əgər Ermənistan həmsədrlərin təkliflərini qəbul etdiyini bildirirsə, onda sülh sazişinin vaxtı çatıb və Azərbaycan bu saziş üzərində işləməyə hazırdır.

Amma bunun üçün erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına başlanmalı və bundan sonra bütün müddəalar üzrə danışıqlar davam etdirilməlidir.-deyə o vurğulayıb.
XS
SM
MD
LG