Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Qahirənin mərkəzində etiraz aksiyası keçirilir


Təhrir meydanı
Təhrir meydanı
Qahirənin mərkəzində yenidən prezident Muhammad Morsinin səlahiyyətlərini genişləndirməsinə qarşı etiraz aksiyası keçirilir.

Aksiyaçılar bəyan edib ki, prezidentin sərəncsamı ləğv edilməyincə onlar Təhrir meydanını tərk etməyəcəklər.

Sərəncama görə məhkəmə orqanları prezidentin qərarları və hazırda konstitusiya hazırlayan təsis yığıncağına nəzarət edə bilməz.

Morsinin mətbuat katibi Yasir Ali isə deyir ki, prezidentin qərarları yalnız suverenlik məsələlərinə aiddir və bu müvəqqətidir.

Prezidentin qərarı ölkədə kütləvi etirazlara səbəb olub, baş vermiş toqquşmalarda azı 1 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

Məhkəmə orqanları və müxalifət Morsini hakimiyyəti zəbt etmək və dikdatorluqda ittiham edirlər.

ABŞ prezidenti Barack Obama hər iki tərəfi sakitliyə və mübahisəni dinc yolla həll etməyə çağırıb.
XS
SM
MD
LG