Keçid linkləri

Təcili xəbərlər
2022, 24 May, çərşənbə axşamı, Bakı vaxtı 10:28

Dənizdə itən balıqçıların axtarışı davam edir


Noyabrın 24-də dənizdə itkin düşmüş balıqçıların axtarışı hələ də nəticə verməyib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, balıqçıların tapılması üçün tədbirlər davam etdirilir.

Noyabrın 24-də Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisindən mühərrikli qayıqla balıq tutmaq məqsədi ilə dənizə çıxmış 4 nəfər - Vüsal Əkbərov, Əkbər Əkbərov, Seymur İlyasovRəsul Səlimov geri qayıtmayıb.

Həmin gündən Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri və aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub. Həmin gün gecə saatlarında balıqçılardan birinin – Vüsal Əkbərovun cəsədini və onların qayığını ləpə sahilə çıxarmışdı.
XS
SM
MD
LG