Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Sargsyan Livanda Dağlıq Qarabağdan danışıb


Livana rəsmi səfər edən Ermənistan prezidenti Serzh Sargsyan noyabrın 26-da Beyrutda keçirdiyi brifinqdə Dağlıq Qarabağ problemindən də danışıb.

Sargsyan deyib ki, Ermənistan Cənubi Qafqazda sülh və sabitliyə yönəlmiş siyasət aparır.

«Biz Dağlıq Qarabağ probleminin güc yolu ilə həlli variantını istisna edirik. Problemin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində dinc həlli öhdəliyinə sadiqik. Təəssüf ki, qonşu Azərbaycan Minsk qrupunun təkliflərini saymır. Silahlanma prosesini davam etdirir və öz xalqını müharibəyə hazırlaşdırır. Azərbaycan prezidentinin qatil Səfərovu əfv etməsi, onun qəhrəmanlaşdırması buna ən yaxşı sübutdur. Bu, etnik zəmində tərlədilmiş cinayətin davam etdirilməsi, ksenofobiyanın və irqçiliyin əsl nümunəsidir».
XS
SM
MD
LG