Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 07:58

Büdcədən müəllimə, həkimə və polisə nə qədər vəsait çatır?


Mətbuat icmalı
Mətbuat icmalı
-


TİKİNTİYƏ 35 MANAT, MÜƏLLİMƏ 3 MANAT, PROFESSORA 0,2 QƏPİK...

Bu haqda «Yeni Müsavat»a iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Ekspert bildirib ki, 2013-cü ilin büdcəsindən hər 100 manatdan daha çox məbləğ tikintiyə çatacaq - 35 manat. Büdcənin hər 100 manatından müəllimlərə 3 manat 24 qəpik, həkimlərə 1 manat 35 qəpik, polisə 2 manat 88 qəpik düşəcək. Alimlərə isə bu puldan 56 qəpik, ali məktəb müəllimləri və professorlara 0,2 qəpik, gənclərə 0,1 qəpik, tələbələrə 0,01 qəpik vəsait düşəcək.

Ekspert bildirir ki, ikinci istiqamətdə isə dövlət büdcəsi iqtisadi əsaslarla təsnif olunur:

«Dövlət büdcənin istifadəçiləri üzrə müvafiq hesablamalar aparsaq görəcəyik ki, hər 100 manata görə müəllimlərə və həkimlərə polisdən az vəsait çatır. Ən böyük məbləğ tikintiyə ayrılır - hər 100 manata 35 manat».

ZAQATALADA UÇAN EVLƏRİN TİKİNTİSİ YARIMÇIQ QALIB

«Azadlıq» qəzeti yazır ki, zəlzələdən sonra Zaqatalada yaranmış acınacaqlı vəziyyət davam edir.

Aşağı Çardaxlar kənd sakini Akif Şabanov deyib ki, «yayda həyətdəki talvarın altında yaşadıq. Amma indi soyuqlar düşüb deyə 78 yaşlı anamı, 2 azyaşlı körpəmi və həyat yoldaşımı qardaşımgilin həyətindəki yardımçı binada yerləşdirmişəm. Özüm isə burada qalıram, həyətdəki tikinti materiallarının keşiyini çəkirəm».

Sakinlər onu da bildiriblər ki, bölgədə zəlzələ zamanı uçmuş evlərin tikintisi və təmiri mart ayına qədər dayandırılıb.

BU İL 38 QADIN QƏTLƏ YETİRİLİB

«Bizim yol» qəzeti bu məlumatı «Təmiz dünya» təşkilatına istinadən yazır. Qəzet qeyd edir ki, statistika qadınlara qarşı zorakılığın ilbəil artığını göstərir. 2011-ci ildə ölkədə məişət zorakılığı zəminində 1783 cinayət hadisəsi qeydə alınıb. Cinayətlərin 74 faizi döymə, 20,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül xəsarət yetirmə, 1,7 faizi adam öldürmə ilə bağlıdır. 2005-ci ildə 15, 2010-cu ildə 109, 2011-ci ildə 135, 2012-ci ilin ötən müddəti ərzində 38 qadın qətlə yetirilib.

AZƏRBAYCANIN İSTEDADLI VƏ YARADICI GƏNCLƏRİ BAKIDA TOPLAŞIBLAR

«Azərbaycan» qəzeti yaradıcı gənclərin II Respublika toplantısı haqqında yazıb.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib ki, Azərbaycanda hazırda mədəniyyətin müxtəlif sahələrində təhsil alan 70 min gənc dövlət qayğısı ilə əhatə olunub. Artıq 66 istedadlı gəncin adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na daxil edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG