Keçid linkləri

2026, 28 İyun, bazar, Bakı vaxtı 00:17

Ashton gürcü liderlərini qisasçılıqdan çəkindirir

Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton Tbilisidə prezident Saakashvili və baş nazir İvanishvili ilə görüşüb.
Görüşdən sonra Ashtonun verdiyi bəyanatda deyilir ki, o, hər iki rəqib lideri Gürcüstanın yaxşı idarə olunmasına konstruktiv şəkildə öz paylarını verməyə çağırıb.
O həmçinin siyasi rəqiblərdən qisas almaqdan çəkindirib.
Bəynatda o da deyilir ki, Avropa Birliyi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.
Ashton Gürcüstandan Qırğızstana gedəcək.
This item is part of
XS
SM
MD
LG