Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:24

Polşa və Portuqaliya “Eurovision”dan imtina etdi


İsveçə "Eurovision"a ev sahibliyi haqqını qazandırmış müğənni Lorin, Bakı, 2012
İsveçə "Eurovision"a ev sahibliyi haqqını qazandırmış müğənni Lorin, Bakı, 2012
-

İqtisadi böhrana görə, Avropanın iki ölkəsi Polşa və Portuqaliya gələn il “Eurovision” mahnı müsabiqəsində iştirak etmək fikrindən vaz keçib.

Portuqaliya böyük büdcə kəsirini azaltmaq üçün sərt qənaət tədbirləri görməkdədir. Polşa isə futbol üzrə son Avropa çempionatına ev sahibliyi edəndən sonra kütləvi tədbirlərə qənaətlə pul xərcləyir.

Bu barədə oxuzali.az Sky News-a istinadla xəbər verir.

Bu iki ölkə indiyəcən Avropanın ən böyük mahnı müsabiqəsində uğur qələbə bilməyib. Polşa 1994-cü ildə 2-ci, Portuqaliya isə 1996-cı ildə 6-cı olub.

Gələn il “Eurovision” İsveçin Malmo şəhərində baş tutacaq.
XS
SM
MD
LG