Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Ölkədə «quş qripi» ilə bağlı monitorinqlərə başlanıb


Ölkədə «quş qripi» ilə bağlı monitorinqlərə başlanıb. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzadlıqRadiosuna bildirib ki, hazırda bir neçə park və qoruqda quşlardan analiz götürülür: «Abşeron, Salyan, Ağcəbədi, Şabran və Lənkəranın qoruq və ovçuluq ərazilərində, o cümlədən quşçuluq təsərrüfatlarında monitorinq aparılır».

Monitorinqin nəticələrinin noyabrın 30-da açıqlanacağı gözlənir.

Bəs quş qripi tapılmayacağı təqdirdə, ova icazə veriləcəkmi?

Yolçu Xanvəli deyir ki, artıq bu səlahiyyət onlardan alınıb, quş qripi ilə bağlı yaradılan Dövlət Komissiyasının səlahiyyətindədir: «Biz ötən il də bildirdik ki, ova etiraz etmirik. Amma icazəni komissiya verməlidir».

2006-cı ildən ölkədə çöl quşlarının ovuna qadağa qoyulub.
XS
SM
MD
LG