Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:22

Yasser Arafat-ın qəbri açılır


Yasser Arafat
Yasser Arafat
-

Noyabrın 27-də Fələstinin keçmiş lideri Yasser Arafat-ın qəbri açılacaq.

Fransa, İsveçrə və Rusiyadan gələn beynəlxalq nümayəndə heyəti cəsəddən nümunə götürəcək. Arafat-ın cəsədi hərbi mərasimlə eyni gün yenidən dəfn olunacaq.

Arafat-ın qəbrinin açılması onun ölüm səbəbini müəyyənləşdirmək üçündür. Fələstində Arafat-ın İsrailin törətdiyi sui-qəsd nəticəsində öldüyünü iddia edirlər.

İsveçrəli alimlər Arafat-ın paltarında yüksək miqdarda radioaktiv maddə tapıldığını aşkar etmişdi.

Arafat 2004-cü ildə Parisdə ölüb.

Avqust ayında Fransa məhkəməsi onun ölümü ilə bağlı cinayət işi açıb. Arafat-ın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə qəbrinin açılması işləri iki həftə əvvəldən başlayıb.
XS
SM
MD
LG