Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Nigeriyada kilsədə partlayış olub, 11 nəfər ölüb


Nigeriyanın şimalındakı Kaduna əyalətində kilsədə törədilən partlayış nəticəsində 11 adam ölüb, 30 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib. Ordu isə bundan əvvəl bu əyalətdəki kilsələrdə partlayış törətmiş radikal islamçı Boko Haram qrupundan şübhələnir. Bu qruplaşma ölkədə hökuməti devirib ölkənin şəriət qanunları ilə idarə olunmasını istəyir.

Kaduna əyalətində iyun ayındakı hücumlar və partlayışlar nəticəsində azı 50 adam ölmüşdü. Bir ay əvvəl isə elə bu əyalətdəki katolik kilsəsinə edilən hücum nəticəsində 7 nəfər ölmüşdü.
XS
SM
MD
LG