Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:51

Misirdə prezidentə qarşı etirazlar davam edir


Misir. Polis etiraz aksiyasını dağıtmağa cəht edir
Misir. Polis etiraz aksiyasını dağıtmağa cəht edir
-
Misirdə prezident Mohammad Morsinin son fərmanına qarşı etirazlar davam edir.
Şənbə günü axşam Qahirədə, Ali məhkəmənin qarşısında yenidən etiraz aksiyası keçirilib.
Məlumatlara görə, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Həmçinin Hakimlər Assosasiyası bütün məhkəmə orqanlarında işin dayandırıldığını bəyan ediblər.
Morsinin cümə axşamı verdiyi fərmana görə məhkəmə orqanları prezidentin qərarları və islamçıların çoxluq təşkil etdiyi və hazırda konstitusiya hazırlayan təsis yığıncağına nəzarət və ya müdaxilə edə bilməz.
Müxalifət lideri və Nobel sülh mükafatçısı Mohammad al Baradei fərmanı repressiv qərar adlandırıb.
Baradei şənbə günü digər aparıcı müxalifət nümayəndələri ilə görüşüb və bildirib ki, etirazlar hakimiyyətə qarşı dinc vətəndaş itaətsizlik kampaniyasına çevrilə bilər.
Müxalifət və prezidentin tərəfini saxlayan “Müsəlman qardaşları” hərəkatı tərəfdarlarını çərşənbə axşamı kütləvi mitinqə çağırıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG