Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 16:26

Kataloniyada vaxtındanəvvəl seçki keçirilir


Bugün Kataloniyada regional assambleyaya vaxtındanəvvəl seçki keçirilir.

İspaniyanın şimal-şərqində yerləşən bu muxtar vilayətdə 5 milyon yarım adamın səsvermə hüququ var.

Seçki yeni hökumət yaradacaq partiyanı müəyyən edəcək.

Seçkidə iştirak edən bir çox siyasətçilər isə Kataloniyanın müstəqilliyi ilə bağlı referüendum təşkil etmək fikrində olduqlarını deyirlər.

Müstəqillik tərəfdarları hesab edir ki, kataloniyalılar mərkəzi hökumətə həddən artıq çox vergi ödəyir, bu isə regionun inkişafını əngəlləyir.

Hazırda dərin iqtisadi böhran dövrünü yaşayan İspaniyada daxili məhsulun təxminən 1/5-i Kataloniyanın payına düşür.
XS
SM
MD
LG