Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:52

Yaxın Şərqdə nüvəsiz zona yaradılması ilə bağlı konfrans təxirə salınıb


ABŞ Yaxın Şərqdə nüvəsiz zona yaradılması ilə bağlı beynəlxalq konfransın təxirə salındığını deyir.

Dövlət Departamentinin məlumatına görə, hazırda regionda vəziyyət gərginləşdirildiyindən belə bir görüş keçirilə bilməz.

Bundan əvvəl gələn ay Finlandiyada belə bir müzakirə keçiriləcəyi bildirilirdi.

Agentliklər buna səbəb kimi ABŞ-ın müttəfiqi olan İsrailin nüvə arsenalı ətrafında fikir ayrılğı olduğunu, bundan başqa İranın nüvə proqramı ilə bağlı beynəlxalq razılığın olmadığını göstərirlər.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG