Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Aşura ilə əlaqədar polis gücləndirilmiş rejimdə işləyəcək


-
Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov məlumat verib:

«Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə sabah paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək».

S.Bağırov qeyd edib ki, Bakının məscid və ziyarətgahlarda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq:

«Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək».

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, noyabrın 25-də yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq.

Mərasimlərin keçiriləcəyi yerlərdə və onun ətrafındakı ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən lazımı qüvvələr ayrılıb.

Mərasimlərlə əlaqədar bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.
XS
SM
MD
LG