Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

"Həyat lotereyası" - harada doğulmaq?


Dünyanın ən varlı 3 adamından biri, dünyanın ən uğurlu sərmayəçisi Warren Buffet bir dəfə deyib ki, onun həyatdakı uğurlarının hamısı gedib çıxır onun düzgün ölkədə , yəni ABŞ-da doğulmasına.

Bu ideyanı əsas götürən “Economist” jurnalı hər il ərəfəsi “Həyat Lotereyası” adlı hesabat hazırlayır.

Bu hesabatın əsas tərkib hissəslərindən biri “Harda doğulmaq indeksi”dir.
İndeksin məğzi budur ki, konkret indiki vaxtı götürsək, 2013-cü ildə doğulmağa ən yaxşı ölkə hansıdır?

Bu indeksi Economist İntelligence Unit (EİU) hazırlayır.
Bu ilki indeks cədvəlində 80 ölkə var.

Bəxtin gətirsə, doğulmağa ən yaxşı ölkə İsveçrədir. O, 10 maksimal baldan 8,22 bal alıb.
Avstraliya cüzi geri qalır- 8,12 bal.
Norveç də ondan azacıq geridədir- 8,09 bal.

Düşüncələrdə imkanlar ölkəsi kimi tanınan ABŞ 16-cı yerdədir- 7,38 bal.
ABŞ-la Almaniya cədvəldə eyni mövqedədirlər.

Doğulmağa Azərbaycan yaxşımı ölkədir?

Azərbaycan 70-ci yerdədir.
Azərbaycan 5,6 bal alıb.

Yəqin ki, Azərbaycanın doğulmağa nə qədər yaxşı ya pis olması cədvəldə qonşuları ilə müqayisədə bilinə bilər.

Azərbaycanın cədvəldə yuxarıdan qonşuları Vyetnam, İordaniya, aşağıdan qonşuları İndoneziya və Rusiyadır.
Azərbaycanda doğulmaq təxminən Vyetnamdakı, İordaniyadakı və ya İndoneziyadakı, Rusiyadakı imkanları verir.

EİU bu hesabatını ilk dəfə 1988-ci ildə hazırlayanda SSRİ 21-ci yerdə idi.
Birinci yerdə ABŞ idi.

O vaxt EİU bəzi ölkələri cədvəldə əlavə ballarla mükafatlandırdığını da yazırdı.

Məsələn, Kanada öz pasportuna görə mükafatlandırılırdı.

Kanada pasportu o demək idi ki, bu pasportun sahibi olan kanadalının əksər ölkələrə gedişinə viza lazım deyildi.
Bu pasportun sahibi sərbəst şəkildə Britaniyada, ABŞ-da, Avstraliyda, Yeni Zelandiyada iş icazəsi almadan işləyə bilərdi.

O vaxt Belçikaya əlavə ballar isə dünyada ən yaxşı şokoladına görə verilmişdi...
XS
SM
MD
LG