Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:46

İvanishvili Rusiyaya gedəsi olmadı, amma Kreml rəsmiləri ilə görüşü istisna etmir



Gürcüstanın yeni Baş naziri Bidzina İvanishvili (İvanişvili) Rusiyaya səfər etməyəcəyini, amma üçüncü ölkədə Kreml rəsmiləri ilə görüşə biləcəyini deyir. Noyabrın 22-də İvanishvili həm də bildirib ki, onun hökuməti Rusiyanın müstəqil dövlət kimi tanıdığı Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanı geri qaytarmağa çalışacaq.

İvanishvili həmçinin əlavə edir ki, Gürcüstandan şərab və mineral suların Rusiyaya idxalını bərpa etməyə çalışacaq.

2008-ci ilin avqustunda aralarında qısamüddətli müharibədən sonra Rusiya ilə Gürcüstanın münasibətləri pozulub.

İvanishvili hələ “Gürcü Arzusu” adlı müxalifət koalisiyasına rəhbərlik etdiyi vaxtlar Rusiya ilə münasibətlərin bərpasına çalışacağına dair bəyanatlar vermişdi. Onun koalisiyası oktyabrın 1-də keçirilən parlament seçkisində qalib gələndən sonra Bdzina İvanishvili də Baş nazir vəzifəsinə təyin edilib.
XS
SM
MD
LG